Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriya-Türkiyə sərhədində 10 İŞİD üzvü zərərsizləşdirilib

Mart 23
17:44 2016

Suriyadan Türkiyəyə keçmək istəyən biri “canlı bomba” olmaqla 10 İŞİD terror xəvaric qruplaşması üzvü tutulub.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, İŞİD terror xəvaric qruplaşması üzvləri Suriyadan Türkiyəyə keçmək istəyən zaman sərhəddə saxlanılıblar.

Saxlanılan terrorçuların üzərindən xeyli miqdarda silah-sursat götürülüb. Eyni zamanda onlardan birinin üzərinə patlayıcı qurğu bağladığı məlum olub.

Sərhədçilər tərəfindən tutulan İŞİD terror xəvaric qruplaşması üzvləri hüquq-mühafizə orqanlarına təslim ediliblər.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər