Suriyada 18 əcnəbi terrorçu məhv edilib
Sentyabr 06
14:23
2014
864 dəfə baxılıb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Suriya Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində “İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşmasının tərəfində döyüşən 18 əcnəbi terrorçu məhv edilib.
Hava hücumu “İslam Dövləti”nin əsas dayaq məntəqəsi sayılan Rakka şəhərinin yaxınlığındakı Qərbiyyə şəhərində keçirilib. Məlumata görə, zərbə əcnəbi silahlıların və qruplaşmanın liderlərinin toplaşdığı inzibati binaya endirilib. Ölən terrorçular arasında ABŞ vətəndaşının da olduğu bildirilir.
“Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)