Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyada hava hücumu zamanı 25 uşaq öldürülüb

İyun 29
16:00 2016

Suriyanın Deyr-Ezzor vilayətindən 60 kilometr məsafədə yerləşən Əl-Kuriya kəndinə endirilən hava zərbələri nəticəsində 25 uşaq həlak olub.

Bu barədə BMT-nin uşaq fondu UNICEF tərəfindən yayılan məlumatda bildirilib. Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini Fərhan Hak bəyan edib ki, 26 iyun 2016-cı il tarixində Əl-Kuriya kəndinə 3 dəfə ard-arda edilən hava hücumu zamanı 25 uşaq həlak olub. Hava zərbələri zamanı hətta içərisində dinc əhalinin olduğu məscid vurulub, məsciddə ibadət edənlərdən bir neçə nəfər həlak olub.

Fərhan Hak bildirib ki, UNİCEF bu cür hücumların qəbuledilməz olduğunu hesab edir və azyaşlı uşaqların təhlükəsizliyinin qorunması üçün münaqişə tərəflərinə müraciət edib.

Qeyd edək ki, Əl-Kuriya kəndinə edilən hava zərbələri nəticəsində 58 nəfəri dinc əhali olmaqla, 82 nəfər insan həlak olub.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Beləliklə bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə)

Uca Allahdan bütövlükdə müsəlman ümmətini, və, xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!

Digər xəbərlər