Suriyada hava zərbələri nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb
Yanvar 07
17:00
2016
581 dəfə baxılıb
Suriya ordusuna məxsus hərbi təyyarələri paytaxt Dəməşq yaxınlığında yerləşən Şərqi Quta bölgəsinə hava zərbələri endirib.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, müxalifət qüvvələrinin nəzarəti altında olan yaşayış məntəqələrinə endirilən zərbələr nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Həlak olanlar arasında qadın və uşaqların da olduğu bildirilir. Məlumata əsasən, yaralananlar “təcili yardım” maşınları və fərdi avtomobillərlə səhra xəstəxanalarına çatdırılıblar. Hava hücumu nəticəsində əraziyə ciddi ziyan dəyib, bir çox binalar dağılıb, nəqliyyat vasitələri yararsız hala düşüb.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)