Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyada hava zərbələri nəticəsində 64 nəfər həyatını itirib

Dekabr 05
17:16 2015

Suriya ordusuna məxsus hərbi təyyarələrin Dəməşq yaxınlığında endirdiyi hava zərbələri nəticəsində 53 dinc sakin ölüb, yaralananlar var.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, əraziyə ciddi ziyan dəyib, bir çox binalar dağılıb.

Hücumun Cümə namazından əvvəl həyata keçirildiyi, ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Homs vilayətində isə Rusiya hərbi təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində 4-ü uşaq və 4-ü qadın olmaqla 11 nəfər ölüb.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər