Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyada məktəb atəşə tutulub, 13 uşaq ölüb

Noyabr 06
21:33 2014

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Suriyanın paytaxtı Dəməşq ətrafında, üsyançıların nəzarəti altında olan ərazidə məktəb atəşə tutulub. Nəticədə azı 13 uşaq ölüb, bir neçəsi xəsarət alıb.

Hadisənin kimlər tərəfindən törədildiyi hələ ki, məlum deyil. Məlumata görə, hökumətlə üsyançılar arasında razılaşmanın olmasına baxmayaraq, atəşkəs rejimi mütəmadi olaraq pozulur.

 Sələf Xəbər: Heç bir məqsəd dinc əhalinin, xüsusilə, uşaqların öldürülməsinə bəraət qazandıra bilməz! “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.” (Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər