Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyada məscidin yaxınlığında partlayış

Fevral 14
18:37 2015

Suriyanın paytaxtı Dəməşq şəhəri ətrafında məscidin yaxınlığında partlayış olub.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata görə, partlayıcı qurğu məscidin yaxınlığında saxlanılan avtomobildə quraşdırılıb. Partlayış dindarlar Cümə namazından sonra məsciddən çıxanda baş verib.

Terror aktı ilə bağlı məsuliyyəti “Ceyş əl-İslam” və “Cebhat ən-Nusra” qruplaşmaları öz üzərilərinə götürüblər.

 Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Quranİ-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)

Digər xəbərlər