Suriyada müxalifət Hələbi azad etməyə başlayıb
İyul 03
18:17
2015
700 dəfə baxılıb
“Hələbin azadlığı” əməliyyat çərçivəsində müxalif qüvvələr Əsəd rejiminin Hələbin Camiyat əz Zəhva qəsəbəsində yerləşən hərbi nəzarət məntəqələrini ələ keçiriblər.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, “Dəməşq cəbhəsi” qruplaşmasının mətbuat katibi Mustafa Sultan bildirib ki, hökumət qüvvələri ilə müxaliflər arasında qızğın döyüşlər gedir.
Şəhərdə gedən döyüş zamanı Əsəd rejiminə məxsus xeyli tank və zirehli maşın məhv edilib. Öz növbəsində hökumət aviasiyası müxaliflərin mövqelərinə zərbələr endiriblər.
Hələbin azad edilməsində “Dəməşq cəbhəsi”, “Nüsrət cəbhəsi”, “Ənsar uş Şəriə” hərbi qruplaşmaları iştirak edib. Müxaliflər Suriya ordusunu artilleriya atəşi ilə vurublar.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!