Suriyada müxalifət Rusiyanın planını rədd edib
Noyabr 12
16:15
2015
615 dəfə baxılıb
Suriya müxalifətinin nümayəndələri Rusiya tərəfindən hazırlanmış sülh planı layihəsini rədd ediblər.
“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, Suriya müxalifəti Rusiyanın bu planını Bəşər Əsədi hakimiyyətdə saxlamaq cəhdi kimi qəbul edərək onu rədd edib.
“Suriya xalqı Əsəd diktaturasını heç zaman qəbul etməyib və qəbul etməyəcək. Bu diktaturanın bu və ya digər dəyişdirilmiş formalarını da həmçinin Suriya xalqı heç vaxt qəbul etməyəcək”, Suriya müxalifətinin yaydığı bəyanatda belə deyilir.
Xatırladırıq ki, sentyabrın əvvəllərindən Suriyada hərbi kampaniyaya başlayan Moskva daxili müharibənin tənzimlənməsi üçün öz planını hazırlamışdı.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salam olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey Əbdürrəhman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə, onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə, onda (Allah) səni bu işlə baş-başa buraxar”. (Əl-Buxari)