Suriyada ölənlərin sayı 200 minə çatıb
Dekabr 16
15:52
2014
973 dəfə baxılıb
Suriyada 2014-cü ilin əvvəlində ölənlərin sayı ikiqat artaraq 200 min olub.
“Sələf Xəbər”-in Lent.az-ya istinadən verdiyi xəbərə görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında qurumun Baş katibinin müavini Valeri Amos bəyan edib.
Onun sözlərinə görə, hökumət qüvvələri və silahlı müxalifət arasında aparılan döyüş əməliyyatları nəticəsində 1 milyona yaxın insan yaralanıb. “Bu rəqəmlər durmadan artır”, -deyə V.Amos vurğulayıb.
BMT-nin hesablamalarına görə, hazırda 12 milyondan çox suriyalının humanitar yardıma ehtiyacı var.
“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə