Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyada rus hərbçilərinin əhəmiyyətli hərbi mərkəzi partladılıb

Fevral 25
17:08 2016

Ölənlər və yaralananlar var.

Suriya müxaliflərinin ən tanınmış silahlı qruplaşmalarından olan “Əhraruş Şam” Lazkiyədə Rusiya generallarının toplantı keçirdiyi binanı partladıb.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, hücum partlayıcı maddələrin yerləşdirildiyi avtomobil vasitəsi ilə həyata keçirilib.

Məlumata görə, maxaliflər bir neçə həftə davam edən müşahidələrdən sonra, partladılan binanın rus hərbçilərinin əhəmiyyətli hərbi mərkəzlərindən biri olduğunu öyrəniblər.

Hücum vaxtı binada bir neçə rus generalının Əsəd ordusunun yüksək rütbəli zabitləri ilə planlaşdırma keçirdikləri bildirilir. Məlumata görə, hücumdan sonra, bölgəyə ölü və yaralıları daşımaq üçün təcili yardım maşınları və bir rus helikopteri gəlib.

Xəbəri “Əhraruş Şam” qruplaşması rəsmi internet saytı vasitəsi ilə təsdiqləyib.

Qeyd edək ki, adı çəkilən silahlı müxalifət hərəkatını Türkiyə rəsmən dəstəkləyir.

Sələf Xəbər: Uca Allah buyurur: “Siz (onların başına) ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 165-ci ayə)

Digər xəbərlər