Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyada Rusiyanın hava zərbələri nəticəsində 23 dinc sakin ölüb

May 31
16:30 2016

Ötən gün Suriyanın İdlib şəhərinə azı 7 hava zərbəsi endirilib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Suriya insan hüquqları müşahidə mərkəzi xəbər verib.

Bildirilir ki, hava zərbələri nəticəsində ölən və xəsarət alanların sayı 150 nəfəri ötüb.

Suriya insan hüquqları müşahidə mərkəzinin ehtimalına görə, şəhəri Rusiyaya məxsus hərbi təyyarələr bombardman edib.

“Anadolu” agentliyinin məlumatına əsasən, İdlibdə hava hücumları nəticəsində 23 dinc sakin ölüb, 35-i yaralanıb.

Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)

Digər xəbərlər