Suriyada uçuşa qadağa qoyulmuş zona yaradılır
Noyabr 11
19:05
2015
644 dəfə baxılıb
“Fərat çayının qərb sahilinə heç kim keçməyəcək”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İŞİD terror xəvaric qruplaşması ilə mübarizə aparan müttəfiq dövlətlər Suriyada uçuşsuz zonanın yaradılması fikrinə müsbət yanaşır.
“Sələf Xəbər”in Report”a istinadən verdiyi xəbərə görə, Ərdoğan bu təşəbbüsü dəstəkləyən dövlətlərin adlarını tək-tək sadalamayıb.
Dövlət başçısı, həmçinin qeyd edib ki, rəsmi Ankara kürd birləşmələrinin Fərat çayının qərb sahilinə keçməsinə imkan verməyəcək.
Əks halda, Türkiyənin cənub sərhədləri boyunca “kürd koridorunun” formalaşacağını qeyd edən dövlət başçısı, “Mövqeyimiz qətidir. Bir neçə hərbi birləşmə Fərat çayını keçməyə cəhd edib və layiqli cavablarını da alıblar”, – deyə vurğulayıb.