Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyada və İraqda olan zorakılıq 13 milyon insanı qaçqın etmişdir

Noyabr 13
18:34 2014

“Sələf Xəbər” Alarabiya-ya istinadən xəbər verir ki, BMT baş assambleyasının qaçqınlar şöbəsi demişdir ki, İraq və Suriyada olan çəkişmələr 13.6 milyon insanı evlərini tərk etməyə məcbur etmişdir.

Onlardan çoxları qış fəslinin yaxınlaşması ilə yanaşı nə yemək nə də ki, sığınacaq tapa bilməməkdədirlər. Assambleyanın Orta Şərq və Şimali Afrika şöbəsinin müdiri Əmin Avad bildirmişdir ki, qaçqınların ehtiyaclarını ödəmək üçün dünya heç bir addım atmamaqdadır.

Avad Genevada jurnalistlərə demişdir: “Biz indi iki ay ərzində milyona yaxın insanın yaxud bir gecədə 500 min insanın qaçqın düşməsindən danışırıq lakin, beynəlxalq arenadan heç bir addım görmürük”.

Suriyalı qaçqınların çoxları Livana, İordaniyaya, İraqa və Türkiyəyə yönəlmişdirlər. O qeyd etmişdir ki, “digər ölkələrin, xüsusən də Avropa ölkələrinin sərhədlərini açaraq bu yükdən bir az öz boyunlarına götürmələri lazımdır”.

Assambleyanın 990 min insanın qış fəslini qarşılayaraq qaçqınlara əsas ehtiyaclar olan geyim və sığınacaqlar əldə etməsi üçün 58.5 milyon dollarlıq yardıma ehtiyac olduğunu vurğulamışdır.

Avad əlavə etmişdir ki, “Çin və Rusiya imkanlı dövlətlər sırasında olduğu üçün onların daha çox yardım etməsi lazımdır. Siyasi səbəblərə görə diqqətsiz olmaları düzgün deyildir. Burada insani vəziyyət çox ağırdır və ön plana çəkilməlidir. Siyasi ziddiyətlər belə başqalarının etdiyi kimi onlar da bu və digər yollarla yardımlaşmalıdırlar”.

Digər xəbərlər