Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyadan atılan mərmi Türkiyədə məscidə düşüb – ölən və yaralananlar var

Aprel 25
17:33 2016

Türkiyənin Kilis şəhərində Suriyadan atılan mərmi məscidə düşüb, ölən və yaralananlar var.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 18.10-da baş verib.

Suriya istiqamətindən, İŞİD terror xəvaric qruplaşmasının nəzarəti altında olan ərazidən atılan mərminin partlaması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Partlayışın gücündən ətrafdakı binaların şüşələri qırılıb. Yaralılar təcili yardımlarla xəstəxanalara çatdırılıb.

Xatırladaq ki, həmin gün səhər saatlarında da Kilis şəhəri atəşə tutulub. Şəhərin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər