Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyalı kürdlər sərbəst buraxılıb

Noyabr 05
19:34 2014

“Sələf Xəbər” interpress.az-a istinadən xəbər verir ki, İraqın Kürdüstan bölgəsinin hökuməti İŞİD terror xəvaric qruplaşmasının girov götürdüyü yezidi kürdləri xilas etmək üçün 1,5 milyon dollar ödəyib.

Qurumun təmsilçisi Nuri Osman indiyə qədər 234 sincarlı yezidi kürdü İŞİD terror xəvaric qruplaşmasının əlindən qurtardıqlarını bildirib. Onun sözlərinə görə, azad olunanların 150-si qadındır.

Yezidilərin azad edilməsi qarşılığında İŞİD terror xəvaric qruplaşmasına müəyyən məbləğ ödənilib. Bəzi şəxslər isə öz imkanları ilə İŞİD terror xəvaric qruplaşmasının əlindən qaçmağı bacarıb. Nuri Osman İŞİD terror xəvaric qruplaşması ilə birbaşa əlaqə yaratmadıqlarını, vasitəçilərin xidmətindən istifadə etdiklərini bildirib. Son olaraq 2 qadın və 5 kişi üçün 30 min dollar ödənilib.

 Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD`in etdiyi cihad yox, fitnədir.”

Digər xəbərlər