Suriyalı müxaliflər Rusiyanın hərbi bazasını vurub
718 dəfə baxılıb
“Hücuma səbəb Rusiyanın Suriya xalqını öldürən rejimə dəstək verməsidir”.
Suriyada Əsəd rejiminə qarşı döyüşən “Ceyşül İslam” təşkilatı rus zabitlərin xidmət etdiyi hərbi aeroportu raket atəşinə tutublar.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Lazkiyə şəhərində yerləşən Hamim aeroportu müxaliflər tərəfindən “Qrad” qurğusu ilə vurulub. Hərbi aeroportda xeyli sayda Rusiya hərbçisinin qulluq etdiyi bildirilir.
“Ceyşül İslam”ın bəyanatında aeroportun ərazisində yerləşən obyektlərə ciddi ziyan vuurlduğu bildirilir:
“Alınan kəşfiyyat məlumatlarına görə, aeroporta ciddi zərbə endirilib. Hücuma səbəb Rusiyanın Suriya xalqını öldürən rejimə dəstək verməsidir”.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.