Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyalı qızın ürəkparçalayan vəsiyyəti – “Dostlarına de ki, o, aclıqdan öldü” – FOTO

Dekabr 12
21:12 2015

“Ey ölüm mələyi, tələs ruhumu al ki, artıq cənnətdə yemək yeyim”.

Suriyalı kiçik bir qızın yazdığı vəsiyyət məktubu sosial mediada paylaşma rekordları qırıb.

“Sələf Xəbər” Milli.Az-a istinadən məktubda yazılanları olduğu kimi təqdim edir:

“Bu, mənim vəsiyyətimdir. Canım anam! Səndən mənim gözəl gülüşümü xatırlamanı və yatağımı olduğu kimi saxlamağını istəyirəm. Gözəl bacım, dostlarına de ki, o, aclıqdan öldü və sən böyük qardaşım, kədərlənmə, amma ikimiz birlikdə “biz acıq” dediyimiz günləri unutma! Ey ölüm mələyi, tələs ruhumu al ki, artıq cənnətdə yemək yeyim. Mən çox acam. Ey ailəm, mənim üçün qorxmayın. Mən sizin yerinizə də cənnətdə yeyə bildiyim qədər yeyəcəm”.

Qeyd edək ki, suriyalı qız, çəkdiyi şəkillə tabutun içində özünü təsvir edib.

📷

389738_0005

Digər xəbərlər