Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Suriyaya getməyə çalışan 3 nəfər həbs edildi

Oktyabr 30
16:40 2014

“Sələf Xəbər” alarabiya.net saytına istinadən xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı Krallığının Riyaddakı məhkəməsi üç nəfər barəsində bir neçə ittiham üzrə 2 il 6 aydan 3 il 6 ayadək azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Əsas ittihamlar, ölkə başçısının icazəsi olmadan döyüş bölgəsi sayılan Suriyaya gedərək orada döyüşə qatılmaq üçün ölkəni tərk etmək, həmin bölgələrə aparanlar barədə məlumatı gizlətmək, əvvəllər etdikləri cinayətləri təkrar törətmək və saxta pasportlar işlətməkdir.

 Sələf Xəbər: 20-ci əsrin görkəmli alimi şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: Müsəlmanlar, onların rəhbərlərinin (dövlət başçısı) icazəsi olmadan cihada gedə bilərmi? Rəhbərin (dövlət başçısının) icazəsi olmadan döyüşdə iştirak etməyin icazəli olduğu hallar varmı?

O belə cavab verdi: “Rəhbər (dövlət başçısı) icazə vermədən cihada getmək qadağandır! Çünki şəriət bu məsələdə qərar qəbul etmək haqqını məhz rəhbərə (dövlət başçısına) vermişdir. Rəhbərin (dövlət başçısınin) icazəsi olmadan cihada çıxmaq isə onun haqqına qəsd etməkdir! Bu da, nə ilə nəticələnəcəyini bir Allaha məlum olan, anarxiyaya və şərə gətirib çıxaracaqdır.”

“Rəhbərin (dövlət başçısının) icazəsi olmadan döyüşdə iştirak etməyin icazəli olduğu hallar varmı?” sualının cavabı isə belədir: Bəli, var. Düşmən qəflətən hücum etdiyi halda, özünü müdafiə etmək və vuruşmaq müsəlman üçün labüddür. (Məcmua əl-fətava və ər-rəsaail).

Digər xəbərlər