Tacikistanda saqqal və hicaba “icazə” satanlar…
Aprel 28
11:00
2015
1. 015 dəfə baxılıb
Bir qrup fırıldaqçı axtarışa verilib.
Tacikistanın hüquq-mühafizə orqanları saqqal və hicaba “icazə” satan bir qrup fırıldaqçını axtarışa verib.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən məlumatına görə, bu barədə “İnterfaks” xəbər verir.
Sənəd laminasiya edilmiş karta bənzəyir, orada ad, doğum tarixi, şəxsiyyət vəsiqəsinin nömrəsi, eləcə də sahibinin fotoşəkili yerləşdirilir. Sertifikat səlahiyyətli şəxsin möhürü və imzası ilə təsdiq edilib. Belə vəsiqənin qiyməti 250 somonidir (2 min rubla yaxın).
Komitədə bəyan ediblər ki, bu qəbildən olan lisenziyaların verilməsi dövlət hakimiyyətinə qarşı və İslama kölgə salmağa istiqamətlənib, saqqal və hicab üçün vəsiqə verilməsi ideyası isə tam bir cəfəngiyyatdır.
Sələf Xəbər: “Bu ümmətin gələcək nəsilləri bu ümmətin birinci nəslinin getdiyi yolu tərk etsə, heç vaxt müvəffəqiyyət qazanmayacaq”. (“əş-Şifə”, 2/676 İmam Malik)