Tacikistanda yalançı peyğəmbərə hökm oxunub
986 dəfə baxılıb
O, 16 il müddətinə azadlıqdan məhrum edildi.
Özünü “İslamın sonuncu peyğəmbəri” adlandıran Seyidmehdixan Səttərov çoxarvadlılıq, pul və torpaq sahəsi ilə fırıldaqçılıqda ittiham edilib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən bu barədə xəbər verir.
“Məhkəmə Səttərovu 338-ci maddə – “Torpaq sahəsini qanunsuz zəbt etmək”, 243-cü maddə – “Mərhumların cəsədlərini və onların dəfn olunduğu yeri təhqir etmək”, 250-ci maddə – “Zorla pul almaq”, 170-ci maddə – “Çoxarvadlılıq” və 164-cü maddə – “İcbari təhsilin alınmasına maneçilik törətmək” üzrə təqsirli bilinib”, – Tacikistanın Ali Məhkəməsində bildiriblər.
Üç il müddətində Tursunzadayevsk rayonunun sakinləri Səttərovu peyğəmbər hesab edirdilər, Səttərov yerli oğlanlara dini dərslər keçirdi.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Həqiqətən, ümmətim arasında otuz yalançı olacaq. Onların hər biri peyğəmbər olduğunu iddia edəcəkdir. Lakin mən peyğəmbərlərin sonuncusuyam və məndən sonra peyğəmbər gəlməyəcəkdir”. (Müslim)











































