Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Tacikistanla Səudiyyə Ərəbistanı əlaqələrini genişləndirir

Yanvar 04
17:17 2016

Tacikistanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı beş sənəd imzalanıb.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, Tacikistan prezidentinin mətbuat xidməti tərəfindən verilən məlumata görə, dövlət başçısı Emamali Rahmon Səudiyyə Ərəbistanında rəsmi səfərdə olub.

Emamali Rahmonun Səudiyyə Kralı Salman ibn Əbdüləziz Əl Saudla görüşündə ölkələr arasında siyasi, iqtisadi, sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, beynəlxalq siyasətin qlobal və regional məsələləri istiqamətində ölkələrin mövqeləri üst-üstə düşür.

Görüşdə Tacikistan və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik, həmçinin terrorizm, ekstremizm, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri ilə bağlı müzakirə də aparılıb.

E.Rahmon deyib ki, Əfqanıstanda sülhün və sabitliyin bərpa edilməsi Tacikistanın prioritet istiqamətlərindən biridir. Mərkəzi Asiyada sabitliyin qorunması Əfqanıstandan olan təhlükə ilə bilavasitə bağlıdır.

Görüşün yekununda ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı beş sənəd imzalanıb.

Tacikistan prezidenti krallığın digər rəsmi şəxsləri ilə də görüşlər keçirib.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər