Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Taliban qruplaşmasının 60 üzvü təslim olub

Oktyabr 21
19:05 2014

APA-nın “Anadolu” agentliyinə istinadən yaydığı xəbərə görə, Əfqanıstanın şimalında yerləşən Fəryab vilayətində Taliban terror qruplaşmasının 60 üzvü hökumətə təslim olub. Vilayətin rəsmi nümayəndəsi talibançıların könüllü olaraq öz silahlarını təhvil verdiyini bildirib. O, təslim olan silahlılar arasında Taliban terror qruplaşmasının bölgədə tanınmış rəhbərlərindən ikisinin olduğunu da əlavə edib. Əfqanıstan hökumətinin açıqladığı məlumatlara əsasən, ötən illər ərzində 2 mindən çox üsyançı hökumətə təslim olub, russian.people.com yazır.

 Sələf Xəbər: “Əbubəkr” məscidinin dini icmasının başçısı Qamət Süleymanov Taliban hərəkatı barəsində soruşulub, cavab olaraq o deyib: “Taliblər, ümumiyyətlə, sufidirlər. Bu cərəyan “dübəndilər” adlanır. Onların sələflərə heç bir aidiyyəti yoxdur. Onların mübarizəsi cihad deyil. Bu yalnız partiyalar arasında mübarizədir. Bu partiyalardan hər birini müəyyən bir ölkə dəstəkləyir. Orada məsələ heçdə dinə deyil, siyasətə aiddir.”

Digər xəbərlər