Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Taliban”ın Əfqanıstanda törətdiyi terror aktında 14 nəfər ölüb

Fevral 23
18:25 2016

Əfqanıstanın Parvan əyalətində terror aktı törədilib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 14 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Qeyd olunur ki, ölənlərdən 6-sı polis əməkdaşıdır.

Sələf Xəbər: XX əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər