“Taliban”ın Pakistandakı dəstələrinin rəhbəri həbs edilib
914 dəfə baxılıb
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, Pakistanın xüsusi xidmət orqanları “Taliban”ın bu ölkədəki dəstələrinin rəhbəri Adnan Rəşidi həbs edib.
İki il əvvəl həbsxanadan qaçmış terrorçu ötən həftənin cümə günü saxlanılıb.
Taliblərin nümayəndələri isə yayılmış xəbəri əsassız adlandırıb A. Rəşidin hazırda təhlükəsiz yerdə olduğunu bildiriblər.
Qeyd edək ki, A. Rəşid 2003-cü ildə eks-prezident Pərviz Müşərrəfə qarşı sui-qəsdin təşkilində ittiham olunur.
Sələf Xəbər: Xatırladaq ki, İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları məhv edərək zərərsizləşdirməyi əmr edir!
9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərində birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir. Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada
rastlaşsanız onları öldürün. Onları öldürən Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı dövlət və dövlət başçısı güc metodlarını tətbiq edə bilər.
Məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).