Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Təbii fəlakət İndoneziyada minlərlə evi su altında qoyub

Aprel 08
16:14 2015

Selin hündürlüyü iki metrə çatıb.

Musson yağışlarının cənginə aldığı İndoneziyada minlərlə ev su altında qalıb, 1 nəfər də torpaq sürüşməsi nəticəsində ölüb.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, təbii fəlakət İndoneziyanın Yava adasının Bandunq şəhərində olub. Yağış mövsümünün son günlərində güclənən musson yağışları səbəbiylə Qərbi Yavadaki Bandunq şəhərində selin hündürlüyü iki metrə çatıb. Aidiyyatı qrumlar, təxminən 7 min evin su altında qaldığını bildirib.

İndoneziya Milli Metereologiya Agentliyindən verilən məlumata görə, minlərlə sakin evlərində qalıb, xilas etmə dəstələri bu insanları qayıqlarla digər bölgələrə aparıb.

Qeyd edək ki, tropik qurşaqda yerləşən İndoneziyada hər il yağış mövsümündə tez-tez sellər olur. Keçən il baş verən sellərdə 25 sakin həyatını itirmişdi.

Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

Digər xəbərlər