Təhlükəsizliyini 12 min nəfərin qoruyacağı tədbir – Türkiyə
585 dəfə baxılıb
Ən yüksək təhlükəsizlik tədbirləri hava limanında görülüb.
Türkiyə hökuməti noyabrın 15-16-da Antalyada keçiriləcək “G-20” ölkələri liderlərinin sammiti ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri həyata keçirir.
“Sələf Xəbər” Sputnik.az-a istinadən xəbər verir ki, bu mühüm tədbirlə əlaqədar Antalyaya gəlməsi nəzərdə tutulan 13 min iştirakçının təhlükəsizliyinin təmin olunmasına 12 min polis və jandarma cəlb edilib.
Antalya valisi Muammer Türker “G-20” zirvə görüşünün Türkiyə üçün böyük əhəmiyyət daşıyan mötəbər tədbir olduğunu bildirib. O, sammitlə əlaqədar xüsusilə hava limanında yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)