Terror əleyhinə regional konfrans keçiriləcək
789 dəfə baxılıb
“Sələf Xəbər” Asharq Al-Aawsat xəbər portalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı terrorçuluq məsələsini müzakirə etmək üçün Ciddədə xüsusi regional görüşə ev sahibliyi edəcək.
Görüşdə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) nümayəndələri olan ölkələr, Misir, İordaniya və Türkiyə, həmçinin ABŞ-dan rəsmi qonaqlar iştirak edəcək. Görüş zamanı regionda terrorçuluq məsələsi, ekstremist təşkilatlar və onların ideologiyaları və onlarla mübarizə yolları müzakirə olunacaq.
Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu hal-hazırda Körfəz ölkələrində səfərdədir və regionun digər xarici işlər nazirləri ilə birgə Ciddədəki görüşə qatılacaq. ABŞ Dövlət Katibi Con Kerri regionda baş verən son hadisələri, o cümlədən yeni İraq hökuməti və “İraq və Şam İslam Dövlətini” (İŞİD) müzakirə etmək üçün bu həftə Səudiyyə Ərəbistanına səfər edir və onun Ciddə görüşündə iştirak edəcəyi də gözlənilir.
Bu haqda bəyanat, Ər-Riyadın Ərəb Liqası təşkilatının İŞİD-i və digər regional terror təşkilatlarını məhv etmək üçün təcili tədbirlər görülməsinin zəruri olduğunu vurğulayan qətnaməsini dəstəklədikdən bir gün sonra verilib.
Ərəb Liqasının sentyabrın 7-də keçirilmiş iclasında, təşkilatın Xarici İşlər nazirləri şurası keçən ilin avqustunda Tunisdə Ərəb terror-əleyhinə mütəxəssislərin 16-cı görüşü zamanı işlənib hazırlanmış tövsiyələri ratifikasiya edib. Şura Ərəb terror əleyhinə müqavilələri imzalamış tərəfləri, müqavilə müddəalarının həyata keçirilməsini sürətləndirməyə çağırıb. Şura həmçinin Ərəb Liqası üzvlərini terrorçuluqla əlaqəli olan məlumatları mübadilə etməyə və terror əleyhinə iş sahəsində qanuni əməkdaşlıq şəbəkəsi təsis etməyə, üzv ölkələrə terrorçuluqla mübarizə aparmaq məqsədilə milli və regional strategiyalar işləyib hazırlamağa çağırıb.
Səudiyyə taxt-tacının varisi Şahzadə Salman bin Əbduləzizin sədrlik etdiyi Səudiyyə Ərəbistanının Nazirlər Şurası, terrorçuluğun intellektual və maliyyə mənbələri ilə mübarizə aparmaq üçün səyləri birləşdirməyə çağırıb.
Kabinet Ərəb dövlətlərini “Ərəb dünyasının təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirmək [və] bütün terrorçu və ekstremist təşkilatlarla siyasi, təhlükəsizlik, müdafiə cəhətdən və qanuni, mətbuat və intellektual səviyyələrdə mübarizə aparmağa çağırır”.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir!
9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır.” (Muslim).
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir.” (“əl-İrhab” 24).