Terror hadisəsi barədə xəbər yayımı qadağan edilib
Oktyabr 15
16:14
2015
647 dəfə baxılıb
Ankara məhkəməsi oktyabrın 10-da Türkiyə paytaxtında baş verən terror aktı ilə bağlı xəbərlərin yayılmasına qadağa qoyub.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata əsasən, qərar dərhal qüvvəyə minib, Türkiyə KİV-ləri bu barədə məlumatlandırılıb.
Məhkəmənin qərarına əsasən, qadağa televiziya, radio, mətbuat, internetdə bütün növ xəbərlər, məqalələr və müsahibələrə şamil edilir.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)