Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Terror nəticəsində 45 ölü və 74 yaralı – FOTO

Yanvar 30
18:58 2015

“Sələf Xəbər” aljazeera.net- ə istinadən verdiyi məlumata görə, dünən gecə Misirdə Sinanın şimalında ordu qərərgahına olan hücum nəticəsində hərbçilərdən və şəhər camaatından ölənlərin sayı 45-ə, yaralananların sayı isə 74-ə çatıb.

Bu əməliyyatı “Ənsaru Beytil Maqdis” qruplaşması öz üzərinə götürüb. Şeyx Zuveyyiddə və Rafəhdə şiddətli və araverici atışmalar baş verib. Adını “Sina vilayəti” ilə dəyişmiş bu qruplaşma Misir ordusunun əməliyyatlarını dayandırmadığı təqdirdə hücumların daha da güclü olacağını deyib.

Hadisə şahidlərinin dediyinə görə, silahlılar Misir silahlı qüvvələrinin klubunu, otelini, Arişin 101- ci briqadasını və şimali Sinanın polis məntəqəsi yaxınlığında yerləşən zabitlərin istirahət mərkəzini minaatanlarla atəşə tutublar.

Bu hücum səbəbilə 101- ci briqadanın yaxınlığındakı binaların bəzilərinin tam şəkildə dağıdıldığı, uzaq məsafələrdən belə alovun göründüyü və partlayışlardan sonra şərqi Ariş məntəqəsinin elektrikinin kəsildiyi bildirilib.

Jurnalist Süleyman Səlimin “əl-Cəziraya” bildirdiyinə görə, Apaçi təyyarələri Ariş şəhərinin üzərində yaxın məsafədən uçmağa başlamış və pilotsuz təyyarələrin sıx uçuşlarının müşahidəçisi olmuşdur.

Misirin hərbi rəsmisinin açıqlamasına görə, ordu qüvvələri terrorçuları Sina küçələrindən və gizləndikləri yerlərdən qovmağa başlayıb.

📷

441

 Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariiya fi kadayya əl-asriyyə” 47)

Digər xəbərlər