Terror niyyətiylə Türkiyəyə keçən 4 İŞİD üzvü axtarışdadır – VİDEO
807 dəfə baxılıb
Türkiyə güc strukturları irimiqyaslı terror aktları törətmək məqsədi ilə ölkəyə 4 İŞİD terror xəvaric qruplaşması üzvü, 3 kişi və 1 qadının Suriyadan daxil olduğunu bəyan edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, həmin şəxslər təyyarə və ya gəmi qaçırmaq, yaxud nümayişlər zamanı partlayışlar törətməyə dair təlimatlandırılıblar.
Saxta pasportlardan istifadə edən terroristlərin fotoşəkilləri artıq kütləvi informasiya vasitələrinə paylanıb. Onlardan 3-ü Türkiyə, 1 isə Qazaxıstanda doğulmuş Almaniya vətəndaşıdır.
Qeyd edək ki, axtarışda olanlar arasında Ankarada baş vermiş terror aktında adı keçən Ömər Dəniz Dündar da var.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyurmuşdur: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)