Terrorçu hökumət başçısının evi qarşısında özünü partlatdı
Avqust 13
16:27
2014
864 dəfə baxılıb
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Bağdadda terrorçu-intiharçı İraqın yeni baş naziri Heydər əl-Abadinin evi qarşısında özünü partladıb. İnsident zamanı ölən və yaxud xəsarət alanlar barədə məlumat verilmir.
Məlum olduğu kimi, Heydər əl-Abadi İraqın yeni Baş naziri təyin olunub. Ölkə prezidenti Fuad Maasum ona 30 gün ərzində yeni hökuməti formalaşdırmağı tapşırıb.
Sələf Xəbər: XX-ci əsrin nüfuzlu İslam alimi, mərhum şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir, və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “…özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur.” (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları).