Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Terrorçu İŞİD mövqelərini qoyub qaçır

Sentyabr 24
21:23 2014

APA-nın “Röyters”-ə istinadən verdiyi xəbərə görə, “İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşmasının dəstələri Suriyanın ABŞ tərəfindən zərbələrə məruz qalmış rayonlarını tərk etməyə başlayıblar.

ABŞ-ın endirdiyi zərbələr nəticəsində 120 terrorçu məhv edilib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bundan əvvəl Ağ Evin zərbələr haqqında Suriya hakimiyyətini xəbərdar etmədiyini bildirmişdi.

 Sələf Xəbər:
Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.

Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, iraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”

Digər xəbərlər