Terrorçu qadın özünü partladıb, 6 nəfəri öldürdü
İyul 31
18:25
2014
843 dəfə baxılıb
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Nigeriyanın Kano şəhərində terrorçu-intiharçı qadın kollecin qarşısında özünü partladıb.
Nəticədə 6 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb. Partlayış elan lövhəsinin qarşısında çoxlu sayda toplaşmış tələbələrin arasında törədilib.
Bundan əvvəl, iyulun 23-də, Nigeriyanın Kaduna şəhərində törədilmiş partlayış nəticəsində azı 25 nəfər həlak olub.
Terror aktlarının “Boko Haram” qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.
Sələf Xəbər: XX-ci əsrin məşhur alimi, mərhum Əbdül Əziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).