Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Terrorçulara dəstək verən 18 nəfərə hökm oxundu

Avqust 25
18:24 2014

“Sələf Xəbər” Ummaİnfo-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında 18 nəfər terrorçulara dəstək vermək maddəsi ilə 10 aydan 25 ilə qədər müddətlərə həbs cəzasına məhkum edilib.

“RİA Novosti” xəbər agentliyinin “SPA” rəsmi səudiyyə informasiya agentliyinə istinadən məlumatına görə, 2003-2006-cı illərdə olan dövrdə cinayətkarlar, əksərən əcnəbilərin məskunlaşdığı yaşayış kompleksləri haqqında terror qruplaşmalarına məlumat ötürüb, terrorçuları sığınacaqla və maliyyələşdirmə ilə təmin edib, silah saxlayıblar.

Terrorçular 50 nəfərdən ibarət terrorçu qruplaşmanın tərkibində olub, onlardan 30 nəfərdən çoxu artıq bundan öncə məhkum edilmiş, o cümlədən birinə ölüm hökmü verilmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında bu ilin əvvəlindən terror fəaliyyətində iştiraka görə cəza tədbirləri sərtləşdirilib. Ölkə hakimiyyəti hazırda İraqda və Suriyada ekstremist qruplaşmaların tərəfində vuruşan səudiyyəlilərin vətənə qayıtdıqdan sonra cinayətkarlığın artacağından narahatdır. Yüzlərlə Səudiyyə Ərəbistanı vətəndaşı krallığın məhkəməsi tərəfindən son illər ərzində terror fəaliyyəti ilə əlaqəli törədilmiş cinayətlərə görə həbs cəzasına və edam cəzasına məhkum edilmişdir.

 Sələf Xəbər: Xatırladaq ki, İslam müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir!

9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).

Digər xəbərlər