Terrorçuların çeçen lideri Əbu Bəkr Əş-Şişani öldürülüb
1. 330 dəfə baxılıb
Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani məhv edilib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu “RİA Novosti”yə Suriyadakı hərbi mənbə bildirib.
“Oktyabrın 14-də Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani bir qrup silahlı ilə birlikdə məhv edilib”, – deyə mənbə bildirib.
Bundan əvvəl SANA agentliyi “Əhrar Əş-Şam” qruplaşmasının digər lideri şeyx Ömər Mustafa Əl-Xodranın və onun “sağ əli” Xalid Əbu Anasın Suriya ordusu tərəfindən məhv edildiyini bildirmişdi.
Qeyd edək ki, “Caiş əl-Fəth” təşkilatının tərkibindəki “Əhrar Əş-Şam” qruplaşması “Cəbhə ən-Nusra”dan sonra ikinci ən böyük terror qruplaşması hesab edilir. Bu ilin yazında “Əhrar Əş-Şam” qruplaşması Suriyanın şimalında Erih, İdlib və Cisr əş-Şuğura şəhərlərinin işğalında, yerli sakinlərin kütləvi edamında iştirak edib.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)