Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Terroristlər Səudiyyə Ərəbistanının sərhəd qoşunları komandirini öldürdü

Yanvar 07
21:52 2015

“Sələf Xəbər”-in alarabiya.net-ə istinadən xəbər verir ki, dünən Səudiyyə Ərəbistanının İraqla olan sərhəddində Suveyf sərhəd mərkəzində İraqdan Səudiyyə Ərəbistanına keçmək istəyən terroristlərin hücumu nəticəsində şimali sərhəd qoşunlarının komandiri polkovnik Avad əl-Bələvi, əsgər Tariq əl-Hələvi və Yəhya Əhməd Muqri öldürülmüş, pad. polkovnik Səlim əl-Uteysan isə yaralanmışdır.

Səudiyyə Ərəbistani Daxili İşlər Nazirliyinin əməkdaşı general Mənsur ət-Turki demişdir: “Saat 4:30 radələrində şimal bölgəsinin sərhəd qərərgahlarından birinə dörd nəfərdən ibarət olan terrorçular atəş açarkən həmin şəxslərə qarşı lazımi tədbirlər görülərkən onlardan biri öldürülüb. Onlardan ikisi otluqlarda gizlənmələrinə baxmayaraq, mühasirəyə alınmış və digəri isə özünü təslim etməsi üçün danışıqlar aparılarkən partlayıcı kəmərini işə salaraq yuxarıda adı çəkilən şəxslərin ölümünə və yaralanmasına səbəb olmuşdur”.

 Sələf Xəbər: “Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur. Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir””. (“əl-İrhab” 24)

Digər xəbərlər