Təyyarədə verilən anons hər kəsi şoka saldı
948 dəfə baxılıb
“Sələf Xəbər” internethaber.com saytına istinadən xəbər verir ki, Türk Hava Yolları (THY) şirkətinə məxsus, Afina-İstanbul reysi ilə uçan təyyarədə eniş zamanı “Dənizə təcili eniş edirik” anonsu verilib.
Daha sonra sərnişinlər “Oturacaqlarınızı dikəldin. Qalstuklarınızı və şərflərinizi boşaldın, masalarınızı bağlayın və şüşələrdəki günlükləri açın” sözlərini eşidiblər.
THY Mətbuat Müşavirliyindən verilən açıqlamada, Atatürk Hava Limanına doğru eniş edən Boeing 737-900 sərnişin təyyarəsində eniş barəsində anonsun sistemdən avtomatik şəkildə edildiyi və sözügedən anonsun həmin an öz-özünə qoşulduğu ifadə edilib.
Açıqlamada anonsun təyyarədəki kabin rəisi tərəfindən dayandırıldığı, lakin bir müddət sonra ingilis dilində yenidən təkrarlandığı vurğulanıb.
Şirkət nümayəndəsi hadisə barədə bunları deyib: “Təyyarə hər hansı bir əraziyə təcili eniş etməyib. Sərnişinlər dərhal məlumatlandırılıb və təyyarədə çaxnaşma meydana gəlməyib”.