Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Təyyarənin qəzaya uğradığı yerdə cəsədlərin kimliyi araşdırılır

Yanvar 02
21:41 2015

Malayziyanın “Air Asia” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdən 22 cəsəd tapılıb.

“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, bu barədə yerli “Channel News Asia” telekanalı xəbər verir.

Məlumatda bildirilir ki, artıq cəsədlərdən dördünün kimliyi məlum olub. Onların hamısı İndoneziya vətəndaşıdır. Cəsədlərdən biri uşaq, digəri isə stüardessadır.

Yerli mətbuatın yazdığına görə, stüardessanın cəsədi Sumatra adasında yerləşən evinə yola salınacaq. Dəfn mərasimində “Air Asia” şirkətinin baş direktoru Toni Fernandes şəxsən iştirak edəcək.

 Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər