TRT-nin 42 əməkdaşı saxlanılıb
Avqust 12
17:30
2016
671 dəfə baxılıb
Türkiyənin dövlət Teleradio Şirkəti olan TRT-nin 42 əməkdaşı saxlanılıb.
Selefxeber.az bildirir ki, APA-nın “Anadolu agentliyi”nə istinadən xəbərinə görə, proses FETÖ-nun dövlət çevrilişi cəhdinə görə aparılan araşdırma çərçivəsində həyata keçirilib.
Bildirilir ki, Ankara Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin və prokurorluğun əməkdaşları onları TRT-nin binasından götürüb.
Aralarında xəbər aparıcısının da olduğu 42 nəfər ifadə verib.
Barələrində qərar olsa da, hələlik saxlanılmayan əməkdaşların da tutulması istiqamətində iş aparıldığı bildirilir.
Sələf Xəbər: Uca Allah müsəlmanların işini xeyirə yönəltsin, onları şərdən və xəyanətdən qorusun.