Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Tunis İŞİD-dən qorunmaq üçün Liviya ilə sərhəddə sədd çəkib

Fevral 08
16:38 2016

Tunis İŞİD terror xəvaric qruplaşmasından qorunmaq üçün Liviya ilə sərhəd boyu sədd tikib.

Tunis İŞİD terror xəvaric qruplaşması silahlılarının hücumlarından qorunmaq üçün Liviya ilə sərhəd boyu səddin tikintisini başa çatdırıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Tunisin Müdafiə naziri Fərhad Xorşani bildirib.

Qeyd edək ki, divarın tikintisinə dair qərar 2015-ci ilin iyununda Sus kurort şəhərində 40 nəfərin ölümü ilə nəticələnən terror aktı törədildikdən sonra verilib.

İŞİD terror xəvaric qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər