Tunisdəki terror aktını İŞİD törədib
Noyabr 26
15:18
2015
512 dəfə baxılıb
İŞİD terror qruplaşması Tunisin paytaxtında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, ölkənin bütün dövlət idarələrində, hava limanlarında, səfirliklərdə, əsas avtomagistrallarda təhlükəsizlik tədbirləri gücləndirilib.
Terror aktı baş vermiş ərazidə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, noyabrın 24-də Tunisdə terrorçu-kamikadze minalanmış avtomobili avtobusa çırparaq partladıb, nəticədə 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)