Tunisdəki terror aktının da altından İŞİD çıxdı
657 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Tunisin paytaxtındakı muzeyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, martın 18-də hərbi geyimli silahlılar Tunis parlamentinin yaxınlığındakı “Bordo” muzeyinə soxularaq əcnəbi turistləri girov götürüblər. Hücum zamanı muzeydə 200-dək turist olub.
Terror aktı nəticəsində 20-si turist olmaqla 23 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Terrorçulardan ikisi məhv edilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti”- İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər, İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD terror xəvaric qruplaşmasının) İslama aidiyyəti yoxdur”.