Türk Hava Yolları belə yazdı: “İşğal altındakı Fələstin torpaqları” – FOTO
798 dəfə baxılıb
Türk Hava Yollarından İsrailə şok zərbə – Fələstinin kod nömrəsinin qarşısında belə yazıldı.
Türk Hava Yollarının internet saytından online olaraq bilet almaq üçün daxil olanlar maraqlı bir detalla üzləşir.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, THY-nın saytında Fələstinin beynəlxalq telefon kodunun yanında “İşğal altındakı Fələstin torpaqları” yazısının yer alması diqqət çəkib.
Fələstinin beynəlxalq telefon kodu olan 970 nömrənin yanındakı yazılan bu söz ingiliscəyə də tərcümə olunub.
Qeyd edək ki, bir müddət öncə, İsrilin Fələstinə hücum etməsi ilə əlaqədar Türk Hava Yolları Təl- Əvivə reysləri ləğv etmişdi.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir.”