Türk hərbçilərinin Suriyadakı əməliyyatının havadan görüntüləri – FOTO
812 dəfə baxılıb
Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı əməliyyatının havadan görüntüləri yayılıb.
“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, görüntülər pilotsuz təyyarə ilə qeydə alınıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin 97 zirehli texnikası ötən gün gecə saatlarında Suriyaya girib. Türk əsgərlərinin çətin vəziyyətə düşməsi və Süleyman Şah türbəsinin İŞİD terror xəvaric qruplaşmasının nəzarətinə düşəcəyi ehtimalları TSK-nı hərəkətə keçirib.
572 əsgər və 15 MİT (Milli Kəşfiyyat Təşkilatı) üzvünün iştirak etdiyi “Şah Fırat”əməliyyatı uğurla başa çatıb. Türbədə olan 44 türk əsgəri Türkiyəyə gətirilib. Əməliyyat zamanı 1 türk əsgəri şəhid olub.
Süleyman Şah türbəsi yenidən nəzarət altına alınıb. Türkiyə bayrağı “Suriya eşməsi” adlı əraziyə sancılıb.
Süleyman Şah türbəsi, Türkiyənin sərhədlərindən kənarda sahib olduğu yeganə yerdir.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər. Hansı ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.