Türk kəşfiyyatı İraqda PKK liderini yaxalayıb
Fevral 12
17:04
2016
763 dəfə baxılıb
PKK liderlərindən Murad Qarailan Şimali İraqda Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşları tərəfindən yaxalanıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Mosul şəhərində tutulan Camal ləqəbli Qarailanın Türkiyəyə gətiriləcəyi bildirilib.
Hələlik nə Türkiyə hökuməti, nə də PKK rəhbərliyi məsələ ilə bağlı açıqlama verib.
Xatırladaq ki, bundan əvvəl Murad Qarailanın 2011-ci ildə tutulduğu barədə məlumatlar yayılmışdı.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)