Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türk ordusu İŞİD hədəflərini tanklarla atəşə tutub

Avqust 17
17:05 2015

Türkiyənin kəndlərindən birindən sakinlər təxliyyə olunub.

Türkiyənin Kilis vilayəti ilə həmsərhəd Suriyanın Azəz rayonunun Karamezre kəndində müxaliflərlə İŞİD terror xəvaric qruplaşması arasında atışma baş verib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, İŞİD terror xəvaric qruplaşması “Zenit” topları ilə müxaliflərin nəzarətindəki Karamezre kəndində yerləşən təbii qaz transferi stansiyasını hədəfə götürüblər. Terrorçuların atdığı top mərmilərindən yeddisi Türkiyə ərazisinə düşüb.

“Əlcəzirə”yə məlumat verən mənbə top mərmilərinin Yavuzlu və Ardıclı kəndlərinə düşdüyünü, insan tələfatı olmasa da Ardıclı kəndindən sakinlərin təxliyyə olunduğunu bildirib.

Bundan sonra öhdəlik qaydaları çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid tanklar qarşı tərəfdəki İŞİD terror xəvaric qruplaşmasının hədəflərini intensiv atəşə tutub.

Suriyalı müxaliflər ötən gün ərzində İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan Azəz rayonunun kəndlərinə fasiləsiz hücumlar edib. Günortadan sonra isə Karamezrenin cənubundakı bəzi kəndlər müxaliflərin nəzarətinə keçib.

Hazırda Türkiyə ilə həmsərhəd Karamezre kəndində atışmaların davam etdiyi, strateji əhəmiyyətə malik təbiiqaz transferi stansiyasına müxaliflərin nəzarət etdiyi bildirilir.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər