Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türk ordusu tanklarla Suriyanı vurub

Mart 07
15:56 2015

Türkiyə Ordusunun tankları Suriya torpaqlarını atəşə tutub.

“Sələf Xəbər”in Axar.az-a istinadən məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahı açıqlama yayıb.

Bildirilir ki, Suriyanın Cerablus bölgəsində PKK və İŞİD terror xəvaric qruplaşması arasında gedən döyüşlər zamanı Qaziantep Quru Qüvvələri 1-ci Hudut Komandanlığının nəzarəti altında olan ərazinin yaxınlığıa raket mərmisi düşüb.

Türkiyə Silahlı Qüvvələri dərhal hərkətə keçiblər. Sərhədə yerləşdirilmiş tanklarla mərminin atıldığı ərazi atəşə tutulub.

Türkiyə ərazisinə mərmi düşərkən heç kim xəsarət almayıb, ölən olmayıb.

Qeyd edək ki, Suriya ərazisində PKK və İŞİD terror xəvaric qruplaşması arasında gedən döyüşlər zamanı Türkiyə ərazisinə tez-tez top mərmiləri düşür. Türkiyə Ordusu isə bunun qarşılığını misli ilə verir.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Harada rastlaşsanız, onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)

Digər xəbərlər