Türk ordusuna İraqa daxil olmaqla bağlı əmr verildi
780 dəfə baxılıb
Sərhəddə hər hansı bir təxribat baş verdiyi təqdirdə, Türkiyə ordusuna 7 km məsafədə İraq torpaqlarına daxil olmaqla bağlı əmr verilib.
“Sələf Xəbər” bu barədə AzVision.az-a istinadən xəbər verir ki, əmrə əsasən təxribat baş verdiyi təqdirdə 1996-cı ildən bəri Şimali İraqda yerləşdirilən hərbi birləşmələr də əməliyyatlara dəstək verəcək.
Qeyd edək ki, Türkiyə hökuməti terrorçular ölkənin sərhəddindən tamamilə kənarlaşana qədər əməliyyatların davam edəcəyini bəyan edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)