Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türk ordusundan PKK-ya ağır zərbə – 1288 terrorçu öldürülüb…

Sentyabr 21
16:48 2015

İyulun 22-dən indiyədək Türkiyə ordusunun Şimali İraqda və ölkə daxilində keçirdiyi əməliyyatlar nəticəsində ümumilikdə 1288 terrorçu öldürülüb.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu haqda Türkiyə hakimiyyətinə yaxın media məlumat yayıb.

Məlumatda bildirilir ki, hava əməliyyatları ilə yanaşı, tank və top atəşləri nəticəsində terror təşkilatı böyük itki verib.

Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı Sinat-Haftanində yerləşən PKK hədəflərinə qarşı sentyabrın 15-də keçirdiyi hava əməliyyatı nəticəsində, terror təşkilatının istifadə etdiyi mağaralar, ağac altı çadırlar, xüsusi qorunma altında olan məskunlaşma sahələri, logistika və sursat anbarları, yerüstü sığnacaqlar tamamilə darmadağın edilib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər